Azərbaycan futbolu

Azərbaycan yığması Rusiyaya böyük hesabla uduzdu

Fevralın 16-da Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət ibarət yığması Minskdə “İnkişaf kuboku”nda ilk oyununu rusiyalı həmyaşıdlarına qarşı keçirib.

Aut.az xəbər verir ki, oyun Rusiya yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Birinci hissənin sonunda Vladimir Linyuçev hesabı açıb. Fasiləyə qədər o, dubla da imza atıb. Tablodakı yekun nəticəni 74-cü dəqiqədə Roman Şmelev təyin edib.

Aut.az