“Əl-Hilal” şikayətləndi, bəyanat yaydı: Nədən narazıdırlar?
“Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunun “Ər-Riyad”la oyunundan (1:1) sonra açıqlama yayaraq, liqada əcnəbi hakimlərin işindən narazı olduqlarını bildirib.
“Əl-Hilal” ədalətli qərarlar qəbul etməyə kömək edəcək ən son texnologiyanın mövcudluğuna baxmayaraq, Pro Liqada əsas komandanın oyununda verilən şübhəli hakim qərarlarına etirazını bildirir.
Ən son insidentlər komandanın “Ər-Riyad”la son oyununda baş verib, burada bir neçə bucaqdan videokameralar tərəfindən aydın şəkildə qeydə alınan iki cərimə zərbəsinə məhəl qoyulmayıb.
Biz vurğulayırıq ki, matçların keçirilməsinə əcnəbi hakimlərin cəlb edilməsinin vacibliyi ilə bağlı mövqeyimiz dəyişməz qalır. Amma onlar dünyanın aparıcı liqalarında tanınan birinci dərəcəli hakimlər olmalıdırlar”, – “X” sosial şəbəkəsində dərc edilən bəyanatda deyilir.
“Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikincidir. Komanda 20 görüşdə 48 xal toplayıb.
Aut.az
