İspaniya

Simeone niyə “Barsa”nı La Liqanın ən yaxşısı hesab edir?

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone komandasının İspaniya kubokunun yarımfinalında oynayacağı “Barselona” haqda fikirlərini bölüşüb.

Görüş fevralın 25-də baş tutacaq.

“Barsa” La Liqanın ən yaxşı komandasıdır. Onlar baxımlı oyun göstərir, parlaq hücumlar qururlar. Bu mövsüm göstərdikləri performans öz sözünü deyir”, – “Cadena SerÜ Simeonenin sözlərindən sitat gətirib.

İspaniya Primerasının 23 turundan sonra “Barselona”nın 48 xalı var və üçüncü pillədə qərarlaşıb. “Atletiko” 49 xal toplayıb və ikinci yerdədir.

Aut.az