Digər

Azərbaycanlı hakimlər Gürcüstanda beynəlxalq kurslarda iştirak ediblər

Azərbaycanın gimnastika hakimləri Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan “2025-2028 beynəlxalq hakimlik kursları”ında iştirak ediblər.

Aut.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kurslarda akrobatika gimnastikası üzrə hakimlərimiz müxtəlif kateqoriyalara yiyələniblər.

  1. İradə Qurbanova – kateqoriya 3
  2. Abdulla Əl-Məşayxi – kateqoriya 3
  3. Leyla Əliyeva – kateqoriya 3
  4. Lalə Abdullayeva – kateqoriya 4
  5. Aynur Yusufova – kateqoriya 4

Qeyd edək ki, kurslar fevralın 8-11-i aralığında baş tutub.