İtaliya

Fabreqas yayda klubunu dəyişəcək? – Əsas namizəddir

“Komo”nun baş məşqçisi Sesk Fabreqas yayda baş məşqçi Sebastyan Hönesslə vidalaşmağa hazırkaşan “Ştutqart” klubunun marağına səbəb olub.

Aut.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

42 yaşlı alman mütəxəssisi Xabi Alonsoya potensial əvəzləyici axtaran “Bayer” və ya “Leypsiq” klublarından biri ilə anlaşa bilər.

“Ştutqart” rəhbərliyi isə Fabreqası hazırda ən perspektivli məşqçilərdən biri hesab edir. Buna görə də 37 yaşlı ispaniyalıya əsas namizəd kimi baxır.

Xatırladaq ki, Sesk Fabreqas 2024-cü il iyulun 19-da İtaliyanın “Komo” klubuna rəhbərlik edir. Hazırda onun komandası A Seriyasında 24 turda 22 xal toplayaraq 15-ci pillədə qərarlaşıb.

Aut.az