İngiltərə

“Yunayted” onu icarəyə verdi

“Mançester Yunayted”in müdafiəçisi Tirell Malasia 2024/2025 mövsümünün qalan hissəsini icarə əsasında PSV-də keçiriəcək.

Aut.az xəbər verir ki, bu barədə “Mançester Yunayted”in rəsmi saytı məlumat yayıb.

25 yaşlı futbolçu 2022-ci ildə “qırmızılar”a qoşulub və uğurlu debüt mövsümündə 39 oyuna çıxıb. Daha sonra zədə alan futbolçu uzun müddət meydandan kənar qalıb. Malasia bu mövsümün əvvəlində meydana qayıdıb və Ruben Amorimin rəhbərliyi altında səkkiz oyuna çıxıb.

Aut.az