Azərbaycan futbolu

“Sumqayıt”a oyun qaydaları ilə bağlı seminar keçirilib

AFFA-nın Hakimlər Komitəsinin üzvü, sabiq FIFA referisi Anar Salmanovun iştirakı ilə “Sumqayıt”ın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa iştirakçısının təlim-məşq bazasının iclas zalında baş tutan tədbirdə komanda üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.