Azərbaycan futbolu

“Turan Tovuz”un futbolçusu millisinə qələbə qazandırdı

“Turan Tovuz”un müdafiəçisi Roderik Miller Panama millisində növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, Nikaraqua yığması ilə görüşdə meydana start heyətində çıxmış Miller 84-cü dəqiqədə panamalıların qələbə qolununun müəllifi olub.

Görüş Panamanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.