İspaniya

Ərəblər “Real”ın ulduzuna görün nə qədər maaş təklif edir

Səudiyyə Ərəbistanı klubları “Real”ın braziliyalı vingeri Rodriqo ilə ciddi maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes.net” məlumat yayıb.

Mənbənin sözlərinə görə, adı açıqlanmayan klub 24 yaşlı futbolçunun transferi üçün “Los Blankos”a 200 milyon avro təklif edir. Keçid baş tutsa, futbolçunun özü yeni klubunda illik 140 milyon avro qazanacaq.

2024/25 mövsümündə Rodriqo klub səviyyəsində 29 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 100 milyon avro qiymətləndirir.

Aut.az