İngiltərə

“Kimsə “Bizə Məhəmməd Salah lazım deyil” desə…”

“Liverpul”un baş məşqçisi Arne Slot hücumçu Məhəmməd Salahın gələcəyi haqda danışıb.

Aut.az xəbər verir ki, o, “qırmızılar”la müqaviləsi mövsümün sonunda başa çatacaq 32 yaşlı misirli haqda bu sözləri deyib:

“Dünyada kimsə “Bizə Məhəmməd Salah lazım deyil” desə, təəccüblənərdim. O, kifayət qədər təcrübəli və müdrikdir. Karyerası ərzində çox ağıllı işlər görüb, ona görə də özü üçün düzgün qərar verəcək. Mən də bizim üçün yaxşı olacağına ümid edirəm”.

Salah bu mövsüm klubda bütün turnirlərdə 32 oyun keçirib, 23 qol vurub və 17 məhsuldar ötürmə edib.

Aut.az