İtaliya

Elif Elmas İtaliyaya qayıtdı

“Leypsiq”in yarımmüdafiəçisi Elif Elmas icarə əsasında “Torino”ya keçib.

Aut.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

İcarə müddəti 30 iyuna kimidir. Müqavilədə satınalma maddəsi də var.

Bu mövsüm 25 yaşlı makedoniyalı futbolçu “Leypsiq”in heyətində 6 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Elmas daha əvvəl “Napoli” və “Fənərbağça” kimi klublarda çıxış edib.

Aut.az