Lalənin taleyi necə olacaq? – Atası deyir ki…
Moskvanın ÇSKA futbol klubunun qapıçı məşqçisi, gimnast Lalə Kramarenkonun atası Dmitri Kramarenko qızının zədəsi haqda danışıb.
Aut.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq qapıçısı Lalənin dizindən əməliyyat olunduqdan sonra karyerasını davam etdirmək istədiyini bildirib.
“Həkim strategiyası dizini xilas etmək idi ki, karyerasını davam etdirə bilsin. İndi o, gəzir, üzür, problemsiz ustad dərsləri verir, lakin ayağındakı yük məhduddur.
O, İsraildə həkimlərdən məsləhət aldı və reabilitasiyadan keçib. Dizin sakitləşməsi üçün bir-iki ay tam istirahət vermək qərarına gəldik. Və yalnız bundan sonra tam aydınlıq olacaq. O zaman Lalənin karyerasını yüksək səviyyədə davam etdirə biləcəyini dəqiq söyləmək mümkün olacaq”, – TASS Dmitri Kramarenkodan sitat gətirib.
Kramarenko 2021-ci il Avropa çempionu, 2019-cu il gənclər arasında dünya çempionu və 2018-ci ilin yeniyetmələr arasında Avropa çempionudur. 2024-cü ildə bədii gimnastika üzrə Rusiya çempionatında Kramarenko beş qızıl medal qazanıb.
Aut.az
