Bəlli oldu: Neymar “Əl-Hilal”la müqaviləni pozmaq üçün nə qədər puldan imtina edib?
Braziliyalı hücumçu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə müqaviləni pozmaq üçün ona verilməli olan 40 milyon avrodan imtina edib.
Aut.az xəbər verir ki, bu barədə məşhur britaniyalı jurnalist Ben Ceykobs “X” sosial şəbəkəsində məlumat verib.
Mənbənin məlumatına görə, Neymar hazırda Braziliyaya yollanır və orada tezliklə “Santos” ilə müqavilə imzalayacağı gözlənilir. Qeyd olunub ki, hücumçu Braziliya klubu ilə DÇ-2026-ya qədər uzadılması ehtimalı ilə 5 aylıq müqavilə imzalayacaq.
Bu mövsüm Neymar “Əl-Hilal”ın heyətində bütün turnirlərdə iki oyun keçirib, lakin effektli olmayıb. “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.
Aut.az
