“Arsenal” ona görə xeyli təklif alıb – “İnter”ə “yox” dedi
“Arsenal”ın 27 yaşlı müdafiəçisi Aleksandr Zinçenko klubu tərk edə bilər.
Aut.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, London klubunun ukraynalı futbolçu üçün çoxlu alıcısı var. Artıq “topçular” rəsmi transfer təklifi də alıb – “İnter” satın almaq hüququ olmadan icarə təklif edib.
Londonlular İtaliya çempionundan imtina ediblər. “Borussiya” və digər klublar, o cümlədən Premyer Liqa komandaları ukraynalı üçün müraciət etməkdə davam edir.
2024/25 mövsümündə Aleksandr Zinçenko klub səviyyəsində 13 oyun keçirib. “Transfermarkt” portalı onun dəyərini 30 milyon avro qiymətləndirir.
Aut.az
