Ümid var? – “Real” hələ də ondan gözünü çəkmir
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland hələ də “Real Madrid”in maraq dairəsindədir.
Aut.az xəbər verir ki, bu barədə “DefensaCentral” məlumat yayıb.
Mənbənin məlumatına görə, ispan nəhəngi 24 yaşlı futbolçu İngiltərə klubu ilə 9 illik müqavilə imzalasa da, hələ də onunla maraqlanır və müqavilə imzalamaq imkanlarını nəzərdən keçirir. Maliyyə pozuntularına görə “Mançester Siti” üçün mümkün sanksiyalar, həmçinin Xosep Qvardiolanın komandasının oyun böhranının davam etməsi Haalandın Madridə keçməsinə kömək edə bilər.
İndi Erlinqin müqaviləsində heç bir şərt yoxdur, ona görə də, Premyer Liqadan kənar bir komanda oyunçunu transfer etməkdə maraqlı olarsa, onu 150-200 milyon avroya ala bilər.
Aut.az
