Levandovkskidən “Barsa”ya jest: Görün nə təklif etdi
“Barselona”nın hücumçusu Robert Levandovski klubun La Liqanın maliyyə standartlarına cavab verməsi və yeni oyunçuları qeydiyyata almasına kömək üçün maaşının azaldılmasını təklif edib.
Aut.az xəbər verir ki, bu barədə “Barselona”nın prezidenti Xuan Laporta açıqlama verib:
“Robert Levandovskini qeyd etmək istərdim. O, klubumuzun üçün vacib olan futbolçudur. Özü əmək haqqının azaldılması istiqamətində müqaviləsinə yenidən baxılmasını təklif etdi. O, bununla çalışır ki, biz ədalətli oyun standartlarına cavab verə bilək və yeni gələnləri qeydiyyatdan keçirək. Eyni zamanda Leva meydanda son dərəcə motivasiyalıdır. O, mövsümə yaxşı hazırlaşıb. Bu, onun ən yaxşı çempionluğu olacaq”.
Qeyd edək ki, “Barselona” 4 turdan sonra 12 xalla La Liqanın lideridir. Levandovski də yeni mövsümdə 4 qol vurub.
Aut.az
