Azərbaycan futbolu

“Mingəçevir”dən sınaq oyununda 4 cavabsız qol

Bu gün Birinci Liqa təmsilçiləri “Mingəçevir” ilə “Karvan” yoxlama oyununda güclərini sınayıblar.

Aut.az xəbər verir ki, qarşılaşma Mingəçevirdə baş tutub.

Yerli azarkeşlərin böyük maraqla qarşıladığı oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, “Mingəçevir” öncəki sınaq qarşılaşmasında “Qəbələ”yə 0:4 hesabı ilə uduzmuşdu.