Avropa Liqası

Avropa Liqası: “Fənərbağça” fransızlara qarşı

Bu gün UEFA Avropa Liqasında 7-ci tura yekun vurulacaq.

Aut.az xəbər verir ki, üçüncü, sonuncu oyun günündə Türkiyə təmsilçisi “Fənərbağça” “Lion”la qarşılaşacaq.

“Roma” səfərdə “AZ Alkmar”la, “Tottenhem” Almaniyada “Hoffenhaym”la üz-üzə gələcək. “Mançester Yunayted” isə “Reyncers”i qəbul edəcək.

Qeyd edək ki, ilk iki oyun günün hərəsində bir matç baş tutub. Türkiyə təmsilçilərindən “Qalatasaray” Kiyev “Dinamo”su ilə heç-heçə edib (3:3), “Beşiktaş” isə İspaniya “Atletik”indən üstün olub – 4:1.

UEFA Avropa Liqası, 7-ci tur
23 yanvar
21:45 Portu – Olimpiakos
21:45 AZ Alkmar – Roma
21:45 Fənərbağça – Lion
21:45 Qarabağ – FKSB
21:45 Viktoriya – Anderlext
21:45 Budyo Qlimt – Makkabi (Təl-Əviv)
21:45 Malmö – Tvente
21:45 Hoffenhaym – Tottenhem
00:00 Mançester Yunayted – Reyncers
00:00 Ayntraxt – Ferentsvaroş
00:00 Latsio – Real Sosyedad
00:00 PAOK – Slaviya
00:00 Yunion – Benfika
00:00 Ludoqorets – Midtyullan
00:00 RFS – Ayaks
00:00 Elfsborq – Nitsa