Qvardiola PSJ-yə belə qarğış etdi: Enrike haqda bu sözləri dedi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 7-ci turunda PSJ ilə oyundan gözləntilərini bölüşüb.
Aut.az xəbər verir ki, Pep Paris klubunun baş məşqçisi Luis Enrike haqda da danışıb.
“Mən Luis və PSJ-nin oyun tərzi ilə bağlı hər şeyi sevirəm. Ailələrimiz çox yaxın dostdurlar. Mən onları sevirəm və düşünürəm ki, onlar da bizi sevirlər. Bizim inanılmaz münasibətimiz var. Bir-birimizi görəndə çox sevinirik.
Bütün qəlbimlə arzu edirəm ki, PSJ dəhşətli oyun göstərsin və biz onlara qalib gələ bilək. Lakin bu, 95 dəqiqə olacaq, Luislə münasibətimiz isə əbədidir”, – “City Xtra” Qvardioladan sitat gətirib.
Komandalar arasında görüş bu gün, yanvarın 22-də Parisdə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Aut.az
