Boks

ABŞ mediası əmindir: O qayıdacaq, pul hərisidir

Amerikanın nüfuzlu BoxingNews24 resursunun jurnalistləri Tayson Fyurinin karyerasını bitirmək qərarını təhlil ediblər.

Aut.az xəbər verir ki, jurnalistlər britaniyalı boksçunun rinqə qayıdacağına əmindirlər.

Mütəxəssislər onun Entoni Coşua ilə döyüşünü gözləyirlər.

“Aydındır ki, Fyuri rinqə qayıdacaq. Əl-Şeyx Coşua ilə döyüşmək üçün onu milyonlarla şirnikləndirəndə, geri qayıdacaq və əvvəlki kimi olacaq”, – təhlildə bildirilir.

Jurnalistlər “Tayson pulu o qədər sevir ki, Coşua ilə döyüşməkdən çətin ki, imtina etsin” deyiblər.

Əvvəllər Fyurinin promouteri Frank Uorren demişdi ki, Coşua ilə döyüş həqiqətən də istisna deyil, lakin hər şey boksçunun sonda rinqə qayıtmaq istəyindən asılıdır.

Aut.az