Merab Həbibin qardaşını məğlub edəndən sonra ona nə deyib?
UFC çempionu Merab Dvalişvili Həbib Nurməhəmmədova münasibətindən danışıb.
Aut.az xəbər verir ki, Los-Ancelesdə keçirilən UFC 311 turnirində gürcü döyüşçü Həbibin qardaşı Öməri hakimlərin qərarı ilə məğlub edib.
“Bir az güləşə bildiyimi sübut etdim. Ömərlə əlaqə saxlamadım, amma Həbiblə əl sıxdım və ona çox hörmət etdiyimi söylədim. O, ciddi uğurlar qazanaraq ölkəsini və bütün Dağıstanı qürurlandırdı. O, Konor Makqreqor kimi MMA-nın inkişafı üçün çox şey edib. İdmanımızın bütün əfsanələrinə hörmət edirəm.
Mənim Ömərə qarşı heç bir iradım yoxdur. Onunla yenidən danışacağıq”, – Dvalişvili mətbuat konfransında bildirib.
Aut.az
