Formula 1

İnvestorları əmin edir ki, Ferstappeni gətirəcək – Ağlasığmaz plan qurur

“Aston Martin”in kommersiya və marketinq üzrə icraçı direktoru Cefferson Slak potensial investorlara dördqat dünya çempionu Maks Ferstappenin onların komandasına qoşulacağını deyib.

Aut.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, beş il ərzində Ferstappenə 1,22 milyard dollarlıq müqavilə təklif oluna bilər.

“Cefferson Ferstappenin “Aston Martin”ə gələcəyini deyir. Bu, onun etmək istədiyi potensial sövdələşmələrə əlavə dəyər əlavə etmək üçün hiylə ola bilər, lakin Maksın imzalanması məntiqlidir.

Bu yaxınlarda Adrian Nevey ilə illik 25 milyon dollar müqavilə imzaladılar və Lourens bununla kifayətlənməyəcək.

O, titul qazanmaq istədiyini söylədi. “Red Bull” və “Mercedes”in dominantlıq dövrünü bitirmək istəyir. Deyirlər ki, Adrian Nevey Lansın kifayət qədər yaxşı olduğunu düşünmür. Fernando Alonso isə artıq çox qocalıb. O, uğur qazanmağa qərarlıdır və ən yaxşılarla işləmək istəyir.

Neveyi cəlb etmək üçün ona səhmlərdən pay verdilər. Onlar Maksla da oxşar varianta gedə bilərlər”, – vəziyyətlə tanış olan mənbə bildirib.

Aut.az