İspaniyaİngiltərə

“Real” əl çəkmir: Növbəti təklifi göndərəcək

“Real” “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldun transferində israrlıdır.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid klubu 26 yaşlı ingilis üçün yeni təklif göndərmək niyyətindədir. Qeyd olunur ki, “Liverpul” futbolçunu qış transfer pəncərəsində buraxmaq istəmir.

Bu mövsüm Aleksander-Arnold 27 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.