İngiltərə

Ulduz futbolçu “Yunayted”i tərk etməyə razılıq verdi

“Mançester Yunayted”in gənc ulduzlarından biri Alexandro Qarnaço tezliklə klubu tərk edə bilər.

Aut.az xəbər verirk i, “Napoli” rəhbərliyi argentinalı cinah oyunçusunu PSJ-yə keçmək üzrə olan Xviça Kvaratsxeliyanın əvəzləyicisi kimi almaqda israrlıdır. Klublar arasında danışıqlar davam edir.

Qarnaço artıq transferə razılıq verib. Bu barədə futbol insayderi Nikolo Şkira məlumat verib.

Alexandro bu mövsüm “Mançester Yunayted”in heyətində 30 oyun keçirib. 8 qol vurub, 5 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı 20 yaşlı vingerin transfer dəyərini 50 milyon avro qiymətləndirir.

Aut.az