“Real” “Siti”nin ulduzunu icarəyə götürür?
“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Diario SPORT” məlumat yayıb.
Madrid klubu Uolkerin transferi ilə maraqlanır. Mənbə iddia edir ki, kral klubu 34 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək variantını nəzərdən keçirməyə hazırdır.
Xatırladaq ki, Uokler “Mançester Siti”dən onu başqa kluba buraxmağı xahiş edib. Onun “Milan”dan və Səudiyyə Ərəbistanı klublarından təklif aldığı bildirilir.
Qeyd edək ki, Kaylın “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Aut.az
