İspaniya

Ançelotti bunu rəhbərlikdən dəfələrlə tələb edib, amma…

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti dəfələrlə müdafiəçi ilə müqavilə imzalamaq istəyi ilə rəhbərliyə müraciət etsə də, belə bir transfer ehtimalı minimal olaraq qalır.

Aut.az xəbər verir ki, məlumata görə, məşqçi ilk dəfə 6 ay əvvəl prezidentə yaxınlaşaraq müdafiə xəttini gücləndirməyin vacibliyini bildirib. “Real” “Liverpul”un futbolçusu Trent Alexander-Arnoldu heyətinə qatmağa çalışsa da, danışıqlar nəticəsiz qalıb və rəhbərlik digər namizədləri nəzərdən keçirməmək qərarına gəlib.

Dekabr ayında Ançelotti, baş direktor Xose Anxel Sançes və baş skaut Huni Kalafatın iştirakı ilə görüş keçirilib. “Real Madrid”in baş məşqçisi yenidən müdafiəçi ilə müqavilə bağlamaq zərurətindən danışsa da, onun mövqeyi dəstəklənməyib.

Klub hesab edir ki, yanvarda lazımi səviyyədə futbolçu transfer etmək çətindir. “Real Madrid” rəhbərliyi də əmindir ki, klubun akademiyasında əsas heyəti gücləndirəcək futbolçular çoxdur. Ançelotti hesab edir ki, gənc və perspektivli oyunçuları dərhal əsas heyətə salmamaq, tədricən inteqrasiya etmək lazımdır.

Aut.az