İngiltərə

“Siti” onun transferini gələn həftə tamamlayacaq: Detallar açıqlandı

“Ayntraxt”ın hücumçusu Ömər Marmuşub “Mançester Siti”yə keçidinə bir addım qalıb.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, 25 yaşlı forvardın qələbə qolunu vurduğu Bundesliqanın 16-cı turunun “Ayntraxt” – “Sent-Pauli” (1:0) oyunundan dərhal sonra birbaşa rəsmi danışıqlar aparılıb. “Şəhərlilər” nikbindir və sövdələşməni yaxın gələcəkdə başa çatdırmağa ümid edirlər. Qeyd olunur ki, danışıqların yekunlaşdırılması gələn həftəyə planlaşdırılır.

Qeyd edək ki, bu mövsüm misirli futbolçu 25 matçda iştirak edərək 19 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir. “Transfermarkt”ə görə futbolçunun təxmini dəyəri 60 milyon avrodur.

Aut.az