Boks

Bu döyüşdən seçildi: İlin nokautu

Entoni Coşuanın Daniel Dyubua ilə döyüşdə aldığı nokaut “The Ring” jurnalı tərəfindən “İlin nokautu” kimi tanınıb.

Aut.az xəbər verir ki, Dyubua və Coşua arasında döyüş 21 sentyabr 2024-cü ildə Böyük Britaniyanın “Uembli” stadionunda baş tutub.

Döyüş 5-ci raundda nokautla başa çatıb. Matçdan əvvəl Dyubua bu qarşıdurmada autsayder hesab edilsə də, proqnozları alt-üst etdi.

Coşuaya gəlincə, bu məğlubiyyət onun karyerasında dördüncü, son beş ildə isə ilk nokautlu məğlubiyyəti olub. 2019-cu ildə Coşua meksikalı Endi Ruisə texniki nokautla məğlub olmuşdu.

Aut.az