İngiltərə

Runinin oğlu penalti vurarkən qapıçı “sənin atan axmaqdır” deyib və…

“Mançester Yunayted”in əfsanəsi Ueyn Runinin həyat yoldaşı Kolin Runi hazırda “qırmızı şeytanlar”ın akademiyasında çıxış edən oğulları Kayın hekayəsini danışıb.

Aut.az xəbər verir ki, “Goal”a danışan Kolin bir neçə il əvvəl baş verən hadisəni xatırladıb.

“Kay penalti zərbəsini yerinə yetirməyə hazırlaşırdı. Rəqib qapıçı kiçik Runiyə “Sənin atan axmaqdır!” deyə qışqırdı və bu, Kayı çox qəzəbləndirdi, penaltini inamla yerinə yetirdi”, – Kolin bildirib.

Runinin oğlunun indi 15 yaşı var.

Aut.az