Ən yaşlı fransız olimpiyaçı öldü – FOTO
Fransada Olimpiya Oyunlarının ən yaşlı iştirakçısı Rocer Lebranş 103 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, Rocer 1948-ci ildə Olimpiya Oyunlarının iştirakçısı olub və İkinci Dünya Müharibəsi zamanı faşist rejiminə qarşı Müqavimət Hərəkatında vuruşub.
Avarçəkmə üzrə dəfələrlə Fransa çempionu Buxenvald şəhərindəki həbs düşərgəsində sağ qalıb.
Fransa Avarçəkmə Federasiyası bildirib ki, Lebrans 79 ildir ki, avarçəkmə ilə məşğuldur.
Keçən il o, Olimpiya məşəlini Parisdə keçirilən Olimpiya Oyunları ərəfəsində Mont Sen-Mişeldən keçərək daşıyıb.
Aut.az



