Dünya futbolu

Məşhur futbolçu həyat yoldaşına lüks avtomobil bağışladı – FOTO

6 yanvar 2025-ci ildə Xorvatiya millisinin keçmiş müdafiəçisi Domaqoy Vidanın həyat yoldaşı İvana Vida 31 yaşını qeyd edib.

Aut.az xəbər verir ki, “Miss Croatia 2014” instaqramında ərinin ona verdiyi hədiyyəni izləyiciləri ilə paylaşıb. Yunanıstan AEK-nin hazırkı futbolçusu sevgilisinə bahalı “Bentley” avtomobili hədiyyə edib.

“Kiməsə bir şey arzulaya bilsəydim, sizin kimi birini arzulayardım. 31-ci fəsil indi başlayır. Mənim ad günüm üçün”, – İvana yazıb.

Domaqoj Vida hazırda Yunanıstan AEK-də çıxış edir və bu mövsüm 17 oyun keçirib.

Məşhur futbolçu həyat yoldaşına lüks avtomobil bağışladı – FOTO

Aut.az