Salah əfsanənin tənqidlərinə cavab verdi
“Liverpul”un vingeri Məhəmməd Salah müqaviləni yeniləmək istəmədiyi üçün onu tənqid edən “qırmızılar”ın əfsanəsi Ceymi Karraqerə cavab verib.
Aut.az xəbər verir ki, Salah öz Tvitter hesabında qısa şəkildə yazıb: “Mənə qarşı laqeyd olduğunu düşünməyə başlayıram”.
Ceymi səssiz qalmayıb: “Mən həmişə səninlə bağlı olmuşam. Ümid edirəm ki, bu vəsvəsə növbəti mövsümdə də davam edəcək”, – deyə ingilis bildirib.
Misirli ulduzun “Liverpul”la hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır.
Aut.az
