İspaniyaDünya futbolu

Ərəblərin Vinisiusla bağlı növbəti planı: Əl çəkmirlər

Səudiyyə Ərəbistanı Futbol Liqası “Real” və Braziliya millisinin futbolçusu Vinisius Juniorla müqavilə bağlamaqda maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Dekabrın əvvəlində agentlərlə yeni telefon danışıqları aparılıb. Bu danışıqlarda Səudiyyə Ərəbistanı rəhnərliyini hələ də 24 yaşlı futbolçunu görmək istədiyi izah edilib.

Vinisiusla müqavilə bağlamaq üçün növbəti cəhdin qış transfer pəncərəsində deyil, 2025-ci ilin yayında baş tutacağı gözlənilir. Futbolçunun çıxış etməsi üçün üçün əsas namizəd “Əl-Əhli”dir.

Tərəflər arasında danışıqlar, o cümlədən Londonda şəxsi görüş baş tutub. Braziliyalı təklifə dinləyib. Lakin hesab edir ki, indi Səudiyyə Ərəbistanına köçmək üçün ən yaxşı vaxt deyil.

“Real” isə futbolçunu 1 milyard avro qarşılığında buraxmağa hazırdır.

Vinisiusun “Los Blankos” ilə müqaviləsi 2027-ci ilə qədərdir. Madrid klubu müqavilənin uzadılması prosesinə başlamağa hazır olduqlarını bildirib. Lakin oyunçunun agentləri danışıqlar üçün daha çox imkanların olacağı mövsümün sonuna qədər gözləməyə üstünlük verirlər.

Aut.az