Ronaldo Səudiyyə haqda: Bura gələn ilk ulduz olmaq şərəfdir
Portuqaliyanın “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının Pro Liqasının populyarlaşmasına təsirindən danışıb.
Aut.az xəbər verir ki, Roanldonun sözlərini liqanın mətbuat xidməti sitat gətirib.
“İnsanlar Kriştianoya təkcə meydanda deyil, həm də meydandan kənarda nümunə kimi baxırlar. Mən fəxr edirəm ki, liqa böyüyür və bir çox ulduz oyunçular onu daha da yaxşı, daha rəqabətli etmək üçün gəlirlər. Buraya gələn ilk ulduz olmaqdan şərəfdir, amma liqa yaxşılaşmağa davam etdiyi üçün növbəti 5-10 ili səbirsizliklə gözləyirəm. Təkcə əsas komandalar yox, akademiyalar da.
Təkcə səudiyyəli oyunçuların və liqanın gələcəyi üçün deyil, həm də ölkə naminə və digər çempionatlarla rəqabət aparmaq – mənim arzum budur. Mən ölkəyə və liqaya buna nail olmaqda kömək etməyə çalışacağam”, – Ronaldo bildirib.
Aut.az
