Boks

Dünyanın ən yaxşı boksçusu kimdir? – Usik cavablandırdı

WBC, WBA, WBO və IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu Aleksandr Usik dünyanın ən yaxşı boksçusunun kim olduğu ilə bağlı sualı cavablandırıb.

 Aut.az xəbər verir ki, Usik ulduz amerikalı boksçu Terens Kroufordu seçib.

“Dünyanın ən yaxşı boksçusu? Terens Krouforddur”, – Usik bildirib.

Terens Krouford daha əvvəl orta çəkidə WBA çempionu olmuşdu. Krouford həm də mütləq dünya çempionu olduğu orta və yarımorta çəki dərəcələrini fəth edib.

Aut.az