“Yunayted” ondan da qurtulur – Məvacibi çoxdur
“Mançester Yunayted”in 32 yaşlı braziliyalı yarımmüdafiəçisi Kazemironu transferə çıxarır.
Aut.az xəbər verir ki, çünki klub maaş xərclərini azaltmağa çalışır.
Futbol insayderi Fabritsio Romano bildirib ki, “Yunayted” bu qış futbolçunu satmağa çalışacaq. Bu uğursuz olarsa, satış mütləq yayda baş tutacaq.
“Transfermarkt” analitik portalının məlumatına görə, Kazemironun hazırkı bazar dəyəri 12 milyon avrodur.
Kazemironun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Aut.az
