Türkiyə

Allahım, təşəkkür edirəm: Burak Rusiya klubuna keçmədiyi üçün belə deyir

Türkiyə yığmasının keçmiş futbolçusu Burak Yılmaz 2012-ci ildə Moskva “Lokomotiv”inə keçidinin baş tutmaması haqda danışıb.

Aut.az xəbər verir ki, Burak buna görə Allaha minnətdar olduğunu deyib.

“Latsio”ya getməyi planlaşdırırdım, amma bizə bildirdilər ki, pulu hissə-hissə ödəyəcəklər. “Trabzonspor”un prezidenti dedi: “Paltaryuyan maşın satırıq?”

Sonra mən də iddialı olan “Lokomotiv”ə keçmək istəmədim. İstəməməyimə baxmayaraq, hamı bu sövdələşməni həyata keçirmək istəyirdi. “Qalatasaray” variantı gündəmə gələndə “Allahım, təşəkkür edirəm” dedim. Türk futbolunda ən yaxşı dövrümü orada yaşadım”, – Burak bildirib.

Aut.az