Tedesko rəsmən “Fənərbağça”da
Türkiyənin “Fənərbaxça” klubu almaniyalı Domeniko Tedeskonun baş məşqçi təyin olunduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, bu gün, sentyabrın 9-da Tedesko “Fənərbağça” ilə 2 illik müqavilə imzalayıb. Domeniko İstanbul komandasının rəhbəri postunda avqustun sonunda istefaya göndərilən əfsanəvi portuqaliyalı Joze Mourinyonu əvəzləyib.
Domeniko Tedesko Almaniyanın “Şalke” və “Leyptsiq” klublarında və Belçika millisində də çalışıb.
Aut.az
