Qışda bunu etməliyik, oyunçularımız da tələb edir – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bildirib ki, komandanın futbolçuları qış transfer pəncərəsində klubdan güclənməyi xahiş edirlər.
“Bizim öhdəliyimiz var, bacarsaq, oyunçular almalıyıq. Xüsusilə müdafiədə, meydanın mərkəzində problemlərimiz var.
Bunu deyirəm, amma baş verib-verməyəcəyini bilmirəm. Qış transfer pəncərəsində futbolçu tapmaq asan deyil, bunu hamı bilir. Hətta oyunçularımız da bizdən bəzi futbolçular almağı tələb edirlər”, – Qvardiola “Amazon Prime”a bildirib.
Aut.az
