İspaniya

“Valensiya” əfsanəni qovdu

“Valensiya” Ruben Baraxanın baş məşqçi postundan istefa verdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, 49 yaşlı ispaniyalının qovulması komandanın La Liqa cədvəlində 17 oyundan cəmi 12 xalla sonuncudan əvvəlki- 19-cu yerdə qərarlaşması ilə bağlıdır.

Baraxa 2023-cü ilin fevralından “Valensiya”nı çalışdırırdı. Həmin mövsüm komanda ölkə çempionatını 16-cı, keçən mövsüm isə 9-cu yerdə başa vurub.

Baraxa futbolçu kimi 2000-2010-cu illərdə “Valensiya”da çıxış edib, 263 oyun keçirib, iki dəfə İspaniya çempionu olub, İspaniya kubokunu, UEFA kubokunu və UEFA Superkubokunu qazanıb.

Aut.az