İngiltərə

Bunu “çirkinlik paradı” da adlandıra bilərsiniz – Nevill “Yunayted” haqda

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill mankunianlıların hazırkı heyətini tənqid edib.

Aut.az xəbər verir ki, o, həmçinin bildirib ki, komandanın yeni baş məşqçisi Ruben Amorim artıq bütün oyunçuların nəyə qadir olduğunu öyrənə bilib.

“Düşünürəm ki, Ruben Amorimin əlində olan heyəti öyrənməsi böyük bir üstünlükdür. O, komandanı rotasiya etməklə hər kəsə şans verdi və məncə, onun izlədiyi və düşündüyü çox adam olmayacaq.

Amorimin gün işığında oyunçulara baxa bilməsi yaxşıdır. Onun altı ay “gözəllik paradı” var, istəsəniz, bunu “çirkinlik paradı” da adlandıra bilərsiniz. O, “Yunayted” azarkeşlərinin on il ərzində gördüklərini görür – mədəni yenidənqurma baş verməlidir.

Onların hamısı əllərindən gələni etməyə çalışan uşaqlardır, lakin onlar “Mançester Yunayted”də oynamaq üçün kifayət qədər yaxşı deyillər”, – “Sky Sports” Nevilldən sitat gətirib.

Aut.az