İspaniya

“Real” Vinisiusun mükafatını belə “yuyacaq”

“Real Madrid ” dekabrın 22-də keçiriləcək İspaniya Primerasının 18-ci turunun “Sevilya” ilə oyunu öncəsi Vinisiusun “FIFA The Best” mükafatını qazanmasını qeyd edəcək.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Braziliyalı cinah oyunçusu sarı vərəqə limitini doldurduğu üçün bu görüşdə iştirak edə bilməyəcək, lakin mənbənin qeyd etdiyi kimi, “Sevilya” ilə oyun başlamazdan əvvəl Vinisius meydana çıxaraq mükafatını nümayiş etdirəcək.

Aut.az