Dəhşətli zədə arenanı şoka saldı: 3 azarkeş huşunu itirdi – VİDEO
Yunanıstanın “Panatinaikos” klubunun basketbolçusu Matias Lessor Avroliqanın 17-ci turunun “Baskoniya” ilə matçında sol topuğundan ciddi zədə alıb.
Aut.az xəbər verir ki, hadisə üçüncü periodun sonuna 8:58 dəqiqə qalmış, “Panatinaikos” 56:35 hesabı ilə öndə olanda baş verib.
Matias topu havada tutsa da, yerə uğursuz düşüb. Yıxılırkən Lessorun topuğu anormal istiqamətdə əyilib.
Sonradan məlum olub ki, dəhşətli zədə Lessorun 6 ay oynamasına mane ola bilər.
Matiasın zədələndiyi an tribunada olan üç azarkeş huşunu itirib. Ona görə də tribunalara əlavə olaraq həkimləri çağırmalı olublar. Azarkeşlər tibbi yardımdan sonra özünə gəlib.
