Qaydasız döyüş

Amerikalı aparıcı: Makreqor UFC-yə qayıtsa, dalını təpikləyərlər

Amerikalı teleaparıcı Stiven A. Smit keçmiş UFC çempionu Konor Makqreqorla bağlı vəziyyətə münasibət bildirib.

Daha əvvəl MMA döyüşçüsü Loqan Polla boks görüşü keçirə biləcəyini bildirmişdi. Makqreqor 2021-ci ildən bəri UFC-də iştirak etmir.

“Mən onun UFC-yə qayıtmağa hazır olduğunu düşünmürəm. İstənilən az və ya çox ciddi rəqib onun dalını təpikləyəcək. Orada elit oğlanlar döyüşür, işlərinə çox ciddi yanaşırlar. Güzgüdə gözəl görünmək üçün əzələləri çox yükləmirlər. Onlar həmişə döyüşməyə hazırdırlar və optimal formadadırlar.

Çendler çox uzun müddətdir ki, Konora meydan oxuyur. O, həqiqətən də onunla döyüşmək istəyir, amma bu hələ baş verməyib.

Düşünürəm ki, hətta Loqan Pol da Konoru məğlub edəcək. O, daha böyükdür və rinqdə daha çox təcrübəyə malikdir”, – Smit ESPN-ə deyib.

Aut.az