Türkiyə

Zieş Okan Buruku biabır etdi: Belə zəif məşqçi göməmişəm, gedirəm

“Qalatasaray”ın və Mərakeş millisinin hücumameyilli yarımmüdafiəçisi Hakim Zieş qış transfer pəncərəsində Türkiyə klubundan ayrılmaq istədiyini açıqlayıb və komandanın baş məşqçisi Okan Buruku tənqid edib.

Aut.az xəbər verir ki, 31 yaşlı futbolçu “Çelsi”dən ayrıldıqdan sonra 2024-cü ilin yayında Türkiyə klubu ilə mövsümün sonuna qədər müqavilə bağladıqdan sonra azad agent kimi “Qalatasaray”a keçib və 11 matçda 1 məhsuldar ötürmə edib.

“Qalatasaray”dakı karyeram başa çatıb. Mən daha burada oynamaq istəmirəm və yanvarda gedəcəyəm. Mən belə zəif məşqçi görməmişəm. Bura gəldiyimə görə peşmanam”, – deyə Zieş  jurnalist Haluk Yürəkliyə bildirib.

Hazırda “Qalatasaray” Türkiyə Superliqasında 1-ci yerdədir.

Aut.az