Olimpiya və dünya çempionu öldü
Sovet voleybolçusu Vladimir Doroxov 71 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyası (VFV) məlumat yayıb.
“Vladimir Vyaçeslavoviç təkcə görkəmli idmançı deyil, həm də gözəl insan idi – mehribanlığı, həssaslığı və düzlüyünə görə hörmət edilir və sevilirdi. Vladimir Vyaçeslavoviçin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onun parlaq xatirəsi bizim qəlbimizdə əbədi qalacaq”, – VFW saytındakı nekroloqda deyilir.
Doroxov 1980-ci ildə Moskva Olimpiadasında qızıl, 1976-cı ildə Monrealda (Kanada) keçirilən Olimpiya Oyunlarında gümüş mükafat qazanıb. O, həmçinin Dünya Çempionatında (1978, 1982) və Dünya Kuboklarında (1977, 1981) iki qələbə qazanıb. Bundan əlavə, o, dördqat Avropa çempionudur (1975, 1977, 1979, 1981).
Aut.az
