Voleybol

Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmaları keçiriləcək.

Aut.az xəbər verir ki, yanvarın 11-də kişi voleybolçuların Yüksək Liqasında 8-ci tur çərçivəsində iki oyun baş tutacaq.

Günün ilk qarşılaşması “Murov Az Terminal” klubunun idman zalında təşkil olunacaq. Oyun saat 16:00-da “Neftçi” və MOİK komandaları arasında keçiriləcək. Turun növbəti qarşılaşmasında isə “Murov Az Terminal” komandası “AZERRAIL”lə üz-üzə gələcək. Oyun GİN-nin Voleybol Mərkəzində saat 18:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

11 yanvar

Yüksək Liqa (kişilər)
VIII tur

16:00. “Neftçi” – MOİK
Biləcəri qəsəbəsi. M. Hüseynzadə küç 2. “Murov Az Terminal” VK idman zalı.

18:00. “Murov Az Terminal” – “AZERRAIL” (CBC Sport -canlı)
Bakı şəhəri. GİN-nin Voleybol Mərkəzi