Dünya futbolu

“Ronaldo MLS-də Messidən daha çox qol vurardı”

“Mançester Yunayted”in və Fransanın millisinin keçmiş futbolçusu Lui Saha sabiq komanda yoldaşı Kriştiano Ronaldo barədə danışıb.

Aut.az xəbər verir ki, o, portuqaliyalı superulduzun MLS-də “İnter Mayami”nin hücumçusu Lionel Messidən daha uğurlu ola biləcəyini bildirib:

“Kriştiano Ronaldo MLS-də Lionel Messidən daha çox qol vurardı. MÇünki Messi ətrafında çoxlu keyfiyyətli oyunçularla cəmi 20 qol vurub. Ronaldonun bir mövsümdə 30 qol vurması üçün onun ətrafında eyni keyfiyyətdə komanda yoldaşlarının olmasına ehtiyac yoxdur. Harada oynamasından asılı olmayaraq, onun üçün heç nə kifayət deyil.

Kriştiano 20 liqa qolu ilə xoşbəxt olmazdı. Keçən il onun bütün yarışlarda 35 liqa qolu və ümumilikdə 50 qol vurduğunu gördük. Messi indi fərqli oyunçudur. O, rekordlar qırmaq üçün daha çox qol vurmaq fikrində deyil, meydanda rahatdır. Ronaldo isə hələ də rekordlar qırmaq istəyir”.

Qeyd edək ki, 2024-cü ildə Messi MLS-də 19 müntəzəm mövsüm matçında 20 qol vurub və 10 məhsuldar ötürmə verib.

39 yaşlı Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.

Aut.az