İntizamsızlığın qurbanı olan əfsanə vida matçı keçirdi – FOTO
“İnter”in və Braziliya millisinin sabiq hücumçusu Adriano “Marakana”da vida matçını keçirib.
Aut.az xəbər verir ki, 42 yaşlı forvard “Flamenqo əfsanələri” və “İtaliyalı Dostları” komandalarının hər birinin heyətində bir hissə oynayıb və hər komandada qol vurub. Qarşılaşma “Flamenqo əfsanələri”nin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
30 dəqiqəlik oyundan sonra qarşılaşma dayandırılıb və stadionun ekranında Adrianonun 2004-cü ildə vəfat edən mərhum atası görünüb. Atasının səsi süni intellektdən istifadə edilərək yenidən yaradılıb və Adrianoya göndərilən mesaj futbol ulduzunun göz yaşlarına səbəb olub.
Adriano 2016-cı ildə karyerasını bitirib. Braziliyalı vida matçı təşkil etmək qərarı haqda bunları deyib: “Bir çoxları məndən vidalaşmağı istədi. Bir neçə il əvvəl oynamağı dayandırsam da, hər şeyi tamamlamaq üçün bu matça ehtiyacım var idi. Məni dəstəkləyən və indi də dəstəkləyən hər kəsə borclu idim”.

Aut.az
