Dünya cempionatı

FİFA dünya çempionatında spirtli içkilərin qadağan edilməsinə mane olmayacaq?

2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə dünya çempionatı zamanı azarkeşlərə stadionlarda spirtli içki qəbul etmək qadağan ediləcək.

Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Mənbənin sözlərinə görə, FİFA yerli qanunvericiliyə zidd olaraq turnir oyunlarında pivə satışının mümkünlüyünü yarışın təşkilat komitəsi ilə müzakirə etmək fikrində deyil.

FİFA 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı yaranmış vəziyyətdən nəticə çıxarıb. Təşkilat pivə satmaq hüququ əldə edə bilib, lakin turnirin başlamasına iki gün qalmış hakim Əl-Tani ailəsinin təzyiqi ilə icazə ləğv edilib. Nəticədə FİFA pivə istehsalçı şirkətə təxminən 40 milyon funt sterlinq məbləğində təzminat ödəməli olub.

Qeyd edək ki, FİFA-nın konqresində Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatının ev sahibi kimi təsdiqlənib.

Aut.az